Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub.
Mədəniyyət
13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub.
İdman qidaları sahəsində tanınmış marka 15 noyabrda Bakıda rəsmi təqdimat keçirəcək. Türkiyənin yerli və milli idman qidaları markası olan HIQ Nutrition, Azərbaycan bazarına rəsmi şəkildə daxil olur. Markanın rəsmi təmsilçisi Maçkar Xarici Ticarət, təqdimat mərasimini 15 noyabr 2025-ci il, şənbə günü, saat 14:00-da Bakının “Golden Coast Hotel”ində keçirəcək.
Kanadanın Ontario əyalətində yerləşən və dünyanın ən məşhur təbiət möcüzələrindən biri sayılan Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla işıqlandırılıb. Bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd edək ki, şəlalənin işıqlandırılması zamanı Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Anım Günü və Zəfər Gününə həsr olunmuş tədbirlər həyata keçirilib. Gənclər arasında “Qəhrəmanların izi ilə” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarış gənclərin Vətən müharibəsi tariximizi daha dərindən öyrənməsinə, qəhrəmanlıq irsimizin təbliğinə və milli yaddaşın yaşadılmasına xidmət edib. Maraqlı bilik mübarizəsindən sonra qalib komanda seçilərək mükafatlandırılıb.
8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dakı Azərbaycan icmasın nümayəndələri və digər qonaqlar iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbul (Türkiyə) şəhərində keçirilən “Qlobal Yenidənqurulma: Keçmişdən Yeni Reallıqlara” mövzusunda təşkil olunmuş TRT World Forum 2025-də iştirak edib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın forumda iştirakı mədəniyyətin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsində mühüm vasitə olduğunu göstərir.
4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Ordubad şəhərindəki "Cümə" və "Sərşəhər" məscidlərini ziyarət edib.
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.
30 oktyabr – 1 noyabr tarixlərində Bakıda keçirilən “Medinex”– Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi çərçivəsində Yeni Klinika “Ən yaxşı B2B Görüş Stendi” nominasiyası üzrə sertifikatla təltif olunub.