Biznes

2026 -cı ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 54 min 513 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 7,95 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,43 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.

2026-ci ilin yanvar ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 3 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 127 milyon türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 3 milyon 985 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq, 1 milyon 827 min 25 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 28 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 127 milyon türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (22) qeydiyyata alınıb.

2026-ci ilin yanvar ayında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz artaraq, 14 milyon 104 min 56 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalaraq, 14 milyon 511 min 28 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azalaraq, 7 milyon 300 min 65 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - dekabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

2026-ci ilin yanvar ayında Türkiyədən Qırğızıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 537 min 15 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.

Bu ilin yanvar ayında Türkiyə limanlarından 1 milyon 258 min 531 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 485 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 203 min 46 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq 2 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq, 342 min 88 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 106 milyon 755 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 1 milyard 425 milyon 447 min dollar məbləğində dəri məhsulları ixrac edib.

2026-ci ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin ilin eyni dövrü ilə müqayisədə 30 obyekt çoxdur. Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyədə 111 min 480 mənzil satın alınıb ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,7 faiz azdır. 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara min 306 mənzil satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azdır.