Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər / Gündəm
    Gündəm

    "Mastercard"dan yenilik: şirkət "FIUSD" adlı steyblkoinini ödəniş kartlarına inteqrasiya edəcək

    24 İyun 2025 22:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Mastercard"dan yenilik: şirkət "FIUSD" adlı steyblkoinini ödəniş kartlarına inteqrasiya edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-ın aparıcı ödəniş sistemlərindən biri olan "Mastercard Inc.", "Fiserv Inc." şirkətinin "FIUSD" adlı steyblkoinini öz ödəniş məhsullarına inteqrasiya etmək üzərində çalışır.

    AzerVoice xəbər verir ki, bu barədə MarketWatch saytı məlumat yayıb.

    Belə ki, "Mastercard" və "Fiserv", "FIUSD" steyblkoininə bağlı ödəniş kartları buraxmağı planlaşdırır. Bu kartlar vasitəsilə istehlakçılar və bizneslər "Mastercard" qəbul edilən istənilən yerdə "FIUSD" ilə ödəniş edə biləcəklər.

    Xatırladaq ki, kriptovalyutalar qismən ticarətçilər və istehlakçılar üçün əməliyyat xərclərini "Mastercard" və "Visa Inc." kimi ənənəvi ödəniş sistemlərinə nisbətən azaltmaq məqsədilə yaradılmışdı. Lakin indi bu ənənəvi sistemlərin özləri də rəqəmsal valyuta texnologiyasının liderləri ilə əməkdaşlıq edir və getdikcə daha populyarlaşan kripto əsaslı məhsullar təklif etməyə başlayırlar.

    Maliyyə texnologiyaları və bank xidmətləri sahəsində ixtisaslaşan "Fiserv şirkəti" bu bazar ertəsi günü "Circle Internet Group Inc." və "Paxos Trust Co." ilə əməkdaşlıq çərçivəsində öz stabilkoini olan "FIUSD"nin buraxıldığını elan edib. Şirkət həmçinin "PayPal Holdings Inc." ilə "FIUSD" və "PayPal"ın "PYUSD" stabilkoini arasında gələcək əməliyyat uyğunluğu yaratmaq üzərində çalışdığını bildirib. Bu uyğunluq həm ABŞ daxilində, həm də beynəlxalq pul köçürmələrini əhatə edəcək.

    #kriptovalyuta #Mastercard
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    İsrailin kriptovalyuta şirkətindən 200 min müştərinin məlumatları oğurlanıb

    18 Avqust 2026 16:10

    Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib

    6 Avqust 2026 20:06

    Ionic Digital Nasdaq debütündə dəyər itirib, bazar dəyəri 2,25 milyard dollar olub

    28 İyul 2026 20:38

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Trampın maliyyə hesabatı açıqlandı - Şəxsi gəliri nə qədərdir?

    1 İyul 2026 12:00

    Bitget-dən Qlobal Bazarlara Tək Platforma Üzərindən Çıxış

    6 Yanvar 2026 14:50

    Avtobuslarda yeni ödəniş üsulu sınaqdan keçirilir

    20 Dekabr 2025 12:04

    "Bitcoin"in qiyməti fevralın 7-dən bəri ilk dəfə 100 min dolları keçib

    8 May 2025 21:09

    Kriptovalyuta əməliyyatlarına nəzarət güclənir - Şimşek

    16 Aprel 2025 15:07

    Trampın tarifləri dünya bazarlarını silkələyir

    8 Aprel 2025 09:33

    Qırğızıstan Binance ilə kriptovalyuta və blokçeyn sahəsində əməkdaşlıq edəcək

    4 Aprel 2025 16:12
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında dəvə hərracı keçirilir

    Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.