Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. "Kanada, NATO-nun Önəmli Ukrayna Ehtiyacları Siyahısı (PURL) çərçivəsində ABŞ-dan tədarük ediləcək kritik hərbi imkanları əhatə edən paketini alacaq. Kanadanın bu pakətə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon dollar) olacaq."- deyə açıqlamada bildirilib.
#Kanada -Ukrayna münasibətləri
Kanada hökuməti Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq. Söhbət bu ilin iyununda keçirilən “Yeddilər qrupu” (G7) sammitinin yekunları üzrə açıqlanmış yardım paketindən gedir. Hökumətin planına görə, 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,5 milyon ABŞ dolları) isə NATO tərəfindən hazırlanmış Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq ABŞ istehsalı silahların alınmasına ayrılacaq.