Məkkə, İslam dinində mühüm yer tutan, Kəbənin yerləşdiyi müqəddəs şəhərdir. Bura Peyğəmbər Məhəmmədin (s.ə.s.) doğulduğu və boya-başa çatdığı Ərəbistanın iki əsas şəhərindən biridir. Qurani-Kərimdə Məkkənin adı "Bəkkə", "Ümmülqura" (Şəhərlərin anası) və "Bələduləmin" (Təhlükəsiz şəhər) kimi qeyd olunur.