İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.
#Yaxın Şərqdə diplomatik səylər
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və Milli Təhlükəsizlik Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada “HƏMAS” hərəkatının rəhbərləri ilə görüş keçiriblər. Danışıqlar zamanı Qəzza zolağında davam edən humanitar böhran, atəşkəsin davam etdirilməsi və bölgədə sabitliyin bərpası istiqamətində mümkün vasitəçilik addımları müzakirə olunub.
Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki Həmas da qəbul edib – qəbul etməsi çağırışını edib. Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.
Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb. Putin və Uitkoff Moskvadakı Kreml sarayında görüşüblər. Kremldən verilən açıqlamada Putinin ABŞ prezidenti Trampın nümayəndəsi Uitkoff ilə görüşünün məhsuldar və konstruktiv keçdiyi bildirilib. Ukrayna müharibəsinin müzakirə edildiyi görüş təxminən üç saat davam edib.