Hürmüz Boğazının bağlanması İraqı gündəlik 4 milyon varillik neft ixracını yalnız Türkiyə üzərindən həyata keçirməyə məcbur edib. 1973-cü ildən fəaliyyət göstərən boru xətti 27 iyulda sona çatır və yeni razılaşmanın sürətlə bağlanması üçün Ankara və Bağdat intensiv danışıqlara başlayıb. Mart ayında bərpa edilən Kerkük-Ceyhan Boru Hattı ixracı gündəlik həcmin kiçik hissəsini təmin edir, yeni 1,5 milyard dollarlıq boru xətti layihəsi isə gələcəkdə regional enerji təhlükəsizliyini gücləndirməyə yönəlib.
#İraq neft ixracı
İraqın neft naziri Hayyan Əbdülqəni Ceyhan limanı vasitəsilə neft ixracının bu gün və ya sabah başlayacağını açıqlayıb. İraqın rəsmi agentliyi olan İNA-nın verdiyi xəbərə görə, Kərkükə səfər edən neft naziri Əbdülqani Türkiyə üzərindən neft ixracının bərpası ilə bağlı açıqlamalar verib. "Ceyhan Limanı vasitəsilə neft ixracı bu gün və ya sabah başlayacaq. KRG ilə razılaşmadan sonra birinci mərhələdə gündəlik 80 min barel neft ixrac edəcəyik" - deyə Əbdülqəni qeyd edib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani neft ixracının İraq-Türkiyə boru kəməri ilə bərpa edilməli olduğunu deyib.