Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib. Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.
#Rafael Qrossi
Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, İran bir sıra mühüm nüvə obyektlərinə inspektorların girişini məhdudlaşdırıb. Tehran isə vurğulayıb ki, suveren obyektlər üzərində nəzarət təzyiq alətinə çevrilə bilməz. İranın bəzi strateji obyektlərə girişə icazə verməməsi, eyni zamanda Buşehr AES-də yanacağın dəyişdirilməsinə nəzarətə imkan yaratması, Tehranın seçici yanaşmasını ortaya qoyur.
Misir Yaxın Şərqdə gərginliyin azaldılması və eskalasiyanın qarşısının alınması istiqamətində diplomatik səylərini davam etdirir.
İran prezidenti Məsud Pezeşkian parlamentin iyunun 25-də qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı rəsmi olaraq dayandıran qanunu təsdiq edib.
ABŞ-ın İranın Fordo şəhərində yerləşən yeraltı nüvə obyektinə endirdiyi hava hücumundan sonra əldə edilən yeni peyk görüntüləri bölgədə genişmiqyaslı bərpa işlərinin aparıldığını göstərir.
İranın xarici işlər naziri Seyid Abbas Araqçi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin son bəyanatlarına sərt reaksiya verib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İsrail-İran münaqişəsindən sonra Fars körfəzi bölgəsində radiasiya səviyyəsi normadan artıq deyil.
İranın xarici işlər naziri Seyid Abbas Araqçi, BAEA-nın baş direktoru Rafael Qrossinin İranın nüvə obyektlərini ziyarət etmək israrını “mənasız və bəlkə də qəsdli niyyət daşıyan” bir addım kimi qiymətləndirib.
İranın zənginləşdirilmiş uran ehtiyatının harada olduğu məlum deyil.
Pentaqonun sızan hesabatı ABŞ-da çaxnaşma yaradıb - İranın nüvə qabiliyyəti məhv edilə bilməz.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ silahlı qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində İranla qonşu ölkələrdə heç bir radiasiya təsirinin qeydə alınmadığını bildirib.