#Abbas Əraqçi

İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Avropa üçlüyü (E3) — Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ və İsrailin son hərbi təcavüzünü görməzdən gəlməsini “məsuliyyətsiz və əsassız yanaşma” adlandırıb. O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində xalqının hüquqlarını və maraqlarını qorumaq öhdəliyini vurğulayıb və BMT-dən, eləcə də üzv dövlətlərdən İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qəti şəkildə pisləmələrini tələb edib.

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb. Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-la danışıqlar vasitəçilər üzərindən davam edir və Vaşinqton qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, Tehran da buna hazır olacaq. Nazir bu fikirləri “İranın azad və ticarət zonalarında imkanlar və investisiya fürsətləri” adlı milli konfransda çıxışı zamanı səsləndirib.

İran xarici işlər naziri Seyyid Abbas Əraqçi İran prezidenti Məsud Pezeşkianın mesajını Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib. Tərəflər xüsusilə Fələstindəki vəziyyətə diqqət çəkərək, işğal olunmuş ərazilərdə İsrail rejiminin davam edən soyqırımının dayandırılması üçün beynəlxalq ictimaiyyətin və region ölkələrinin qətiyyətli addımlar atmasının zəruriliyini vurğulayıblar.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Avropa üçlüyünün (Fransa, Almaniya və Britaniya) “Snapback” mexanizmini işə salmaq cəhdini qanunsuz və əsassız addım kimi qiymətləndirib. Əraqçi bu fikirləri Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə cümə axşamı axşam saatlarında baş tutan telefon danışığında səsləndirib.

İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir. Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib. “Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Arakçi qeyd edib.