#Niameydə hərbi çevriliş cəhdi

Nigerin paytaxtı Niameydə hərbi qiyam cəhdi və zorakılıq hadisələri baş verib. Məlumata görə, qiyam cəhdində Tillaberi və Dosso bölgələrindən olan gənc zabitlər iştirak edib. Türkiyə Xarici İşlər Nazirliyi isə hadisələri yaxından izlədiyini açıqlayaraq Nigerin təhlükəsizliyi və sabitliyinin qorunması üçün təmkinə çağırıb. Ankara Niger xalqı ilə həmrəyliyini və ölkəyə dəstəyini davam etdirəcəyini bildirib.