#Macarıstanda təyyarə oğurluğu

Macarıstanda 24 yaşlı şübhəlinin kiçik təyyarə oğurlayaraq ölkənin yeganə nüvə elektrik stansiyası üzərində uçuşa qadağan edilmiş əraziyə daxil olması ciddi həyəcan yaradıb. Hadisə Kalocsa hava limanında baş verib. Şübhəlinin dayanacaqda olan “Cessna 172” tipli yüngül təyyarəni qaçırdığı və daha sonra Paks Atom Elektrik Stansiyasına doğru uçduğu bildirilir.