#Çin geosiyasəti

ABŞ-ın 1970-ci illərdə Çinlə yaxınlaşma siyasəti Soyuq müharibə dövründə Vaşinqtona strateji üstünlük qazandırsa da, sonrakı onilliklərdə Pekinin sürətli yüksəlişinə yol açdı. Bu gün Çin ABŞ-ın qlobal sistemdəki əsas rəqibinə çevrilib. ABŞ Prezidenti Riçard Nikson 1967-ci ildə yazdığı məqalədə Çinin beynəlxalq sistemdən daim kənarda saxlanılmasının mümkün olmadığını bildirərək Pekinlə əlaqələrin qurulmasını təklif etmişdi. Prezident seçildikdən sonra bu yanaşmanı həyata keçirən Nikson administrasiyası Çinlə gizli danışıqlara başladı.