#Ərər sərhəd keçid məntəqəsi İraq Səudiyyə

İraqda 2025-ci ilin mart ayından bəri 5000-dən çox beynəlxalq tranzit əməliyyatı həyata keçirilib. Rəsmi Bağdad Körfəz, Türkiyə və Asiya bazarları arasındakı strateji coğrafi mövqeyindən faydalanmaq məqsədilə fəaliyyətini genişləndirir və İraq yük maşınları artıq Ərər sərhəd-keçid məntəqəsi vasitəsilə Səudiyyə Ərəbistanından Mərkəzi Asiyaya yük daşıyır.