Türkiyənin Diyarbəkir vilayətinin Bismil rayonunda potensial olaraq Gabar yatağından bir neçə dəfə böyük olduğu bildirilən şist neftinin hasilatı üçün qazma işlərinə başlanılıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ şirkəti ilə birlikdə bölgədə şist neftinin çıxarılması üzrə işlərin başladığını açıqlayıb. Məlumata görə, Bismil və Silvan ərazilərində 7 min kvadrat kilometrlik bloklarda aparılan araşdırmalar təxminən 6,1 milyard barel neft ehtiyatı potensialını göstərir. Ehtiyatların cari bazar dəyərinin 540 milyard dollar civarında olduğu bildirilir.