#İraqda korrupsiyaya qarşı mübarizə

İraq Ali Məhkəmə Şurası korrupsiya işi çərçivəsində 20 milyon dollardan çox vəsaitin və 60 kiloqram qızılın ələ keçirildiyini açıqlayıb. Məlumata görə, araşdırma İraqın keçmiş neft nazirinin emal məsələləri üzrə müavini Adnan əl-Cümeyli və onunla əlaqəli şəxslərlə bağlı aparılır.