#Karolin Bezengi

Oman sahilləri yaxınlığında zədələnmiş tankerdən sızan neft təxminən 390 kvadratkilometr əraziyə yayılıb. "Karolin Bezengi" tankerinin Rusiya xam nefti daşıdığı bildirilir. Neft ləkəsi Həllaniyyat adalarından Oman sahillərinə doğru hərəkət edir. Çirklənmiş ərazinin sahilə ən yaxın nöqtəsi təxminən 7 kilometr məsafədədir. Gəmi heyəti ilk dəfə iyunun 8-də Yəmənin Əl-Mükəlla limanı yaxınlığında problemlə üzləşdiyini bildirib. İlkin məlumatlara görə, gəmidə partlayış baş verib. Tankerin zədələnməsinin dəqiq səbəbi hələ məlum deyil. Oman hakimiyyəti neft sızmasının qarşısının alınması üçün tədbirlər həyata keçirir.