ABŞ-ın birinci xanımı Melaniya Tramp, keçmiş prezident Co Baydenin oğlu Hunter Baydeni, cinsi istismarda ittiham olunan iş adamı Cefri Epşteynin onu Donald Trampla tanış etdiyinə dair iddialara görə məhkəməyə verməklə hədələyib. “Asharq Al-Awsat”ın BBC-yə istinadən yaydığı məlumata görə, 2005-ci ildə Donald Trampla evlənən Melaniya Trampın vəkilləri bu iddianı “yalan, böhtan və mübahisəli” adlandırıblar. Hunter Baydenin vəkilinə göndərilən məktubda iddianın dərhal geri götürülməsi və üzr istənilməsi tələb olunub. Əks halda, 1 milyard dollardan çox təzminat tələb ediləcəyi bildirilib.