#gübrə

BVF rəsmisi Zeyn Zeydane Yaxın Şərqdəki qeyri-sabitliyin Afrikaya təsir edəcəyini bildirib. O, gübrə ixracındakı pozuntuların ərzaq təhlükəsizliyinə risk yaratdığını deyib. Zeydane ölkələrə dəstəyin prioritet olduğunu vurğulayıb. O əlavə edib ki, təsirlərin aradan qaldırılması bir neçə ay çəkə bilər. Körfəz ölkələrində ixracın tam bərpası 6–7 ay tələb edir.

Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 820 min 801 ton təbii, 4 milyon 970 min 873 ton isə kimyəvi olmaqla ümumilikdə 5 milyon 791 min 674 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 144 min 491 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 5 milyon 647 min 183 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.