Dünya şöhrətli memar Zaha Muhəmməd Hadid ,31 oktyabr 1950-ci ildə Bağdadda doğulub. 2004-cü ildə o, tarixdə Pritzker mükafatına layiq görülən ilk qadın oldu. “The Guardian” qəzeti Hadid haqqında “ O mermarlığı həndəsənin əsirliyindən azadn edən kraliçadır” deyib. Onun əsas əsərləri arasında London Olimpiadası üçün Su İdmanı Mərkəzi , ABŞ-da Miçiqan Universiteti Böyük İncəsənət Muzeyi, Bakıda Heydər Əliyev Mərkəzi və Çində Quançjou Opera Evi yer alır. Onun bəzi layihələri ölümündən sonra təqdim olundu.