Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar / Ərəb qadın liderlər
    Ərəb qadın liderlər

    Zaha Hadid kimdir?

    26 İyul 2024 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zaha Hadid kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,ArabAZ

    Dünya şöhrətli memar Zaha Muhəmməd Hadid ,31 oktyabr 1950-ci ildə Bağdadda doğulub. 2004-cü ildə o, tarixdə Pritzker mükafatına layiq görülən ilk qadın oldu. “The Guardian” qəzeti Hadid haqqında “ O mermarlığı həndəsənin əsirliyindən azadn edən kraliçadır” deyib. Onun əsas əsərləri arasında London Olimpiadası üçün Su İdmanı Mərkəzi , ABŞ-da Miçiqan Universiteti Böyük İncəsənət Muzeyi, Bakıda Heydər Əliyev Mərkəzi və Çində Quançjou Opera Evi yer alır. Onun bəzi layihələri ölümündən sonra təqdim olundu.
    Zaha Hadidin atası Məhəmməd əl-Həcc Hüseyn Hadid sol-liberal fikirlərə sahib idi və Milli Demokratik Sosialist Partiyasının həmtəsisçisi idi. Anası Vaciha əl-Sabunci əslən Mosuldan olan rəssam idi . Hətta anasının türkmən olduğu da iddia edilir.

    Zaha ilk olaraq Beyrut Amerika Universitetində riyaziyyat üzrə təhsil alıb . 1972-1977-ci illərdə Londonda Memarlıq Assosiasiyasında təhsilinin davam etdirib. Karyerasına müəllimi, görkəmli holland memar və dekonstruktivist nəzəriyyəçi Rem Koolhaasın OMA bürosunda başlayan Zaha Hadid 1979-cu ildə özünün Zaha Hadid Architects memarlıq firmasını təsis edib.

    Zaha Hadid deyirdi: “Mən heç vaxt peşəkar olacağıma şübhə etmirdim”. 

    Demək olar ki, yeniyetməlik illərindən bəri Zaha Hadid daim fantaziyalar qurur və bir çox layihələr üzərində işləyirdi. O, Temza üzərində körpü, İngiltərənin Leicester şəhəri üçün tərs çevrilmiş göydələn və Honq Konqda dağın zirvəsində klub tikmək variantlarını təklif edir. Bu və digər layihələr ona nüfuzlu memarlıq müsabiqələrində qələbə və peşəkarlar arasında populyarlıq qazandı.
    O, İstanbulda Kartal-Pendik şəhər çevrilməsi layihəsinin dizayn müsabiqəsində qalib olub, lakin mükafatı qazanmasına baxmayaraq, iş pozulub və layihə həyata keçirilməyib. 
    Dünya memarlıq səhnəsində iz qoyan Zaha Hadid cəsarətli dizaynları ilə tanınıb. İlk qadın Pritzker mükafatı laureatı olan Hadid ölənə qədər qeyri-adi layihələri ilə ilham verməyə davam etdi.  

    Zaman keçdikcə Zaha Hadid daha da tanınmağa başladı.

    2016-cı ildə Kral Qızıl Medalına layiq görülən İraq əsilli britaniyalı memar 2015-ci ildə Jan Nouvel, Frank Gehry və Oscar Niemeyerdən sonra Memarlıq üzrə Kral Qızıl Medalı alan ilk qadın olub. 
    Zaha Hadid 31 mart 2016-cı il cümə axşamı günü ABŞ-ın Mayami şəhərindəki xəstəxanada ürək tutması nəticəsində 65 yaşında vəfat edib.
    Londondakı ofisindən verilən açıqlamada Zahanın günlər əvvəl sətəlcəm xəstəliyindən sonra qəfil öldüyü və xəstəxanada müalicə olunarkən qəfil infarkt keçirdiyi bildirilib. 
    Boris Conson Tvitter hesabında verdiyi açıqlamada "Zaha Hadidin ölüm xəbərini eşitdiyimə görə çox kədərləndim. O, ilham mənbəyi idi və onun irsi Stratfordda və bütün dünyada möhtəşəm binalarda yaşayır".  -deyə yazıb.

    #Zaha Hadid kimdir? #Zaha Hadid #Bakıda Heydər Əliyev Mərkəzi #Quançjou Opera Evi #The Guardian #Su İdmanı Mərkəzi #Beyrut Amerika Universiteti #Zaha Hadid Architects #Kartal-Pendik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə bankında qadın rəhbər Rəbah Əl-Şimaisi kimdir?

    16 İyul 2026 09:38

    Şeyxa Moza kimdir?

    23 Mart 2025 18:00

    Zaha Hadid kimdir?

    26 İyul 2024 17:43
    XƏBƏR LENTİ

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.