#Turist vergisi

2025 -ci ilin avqustunda Özbəkistandan Türkiyəyə 77 min 858 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,58 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,12 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Özbəkistandan Türkiyəyə 444 min 681 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,46 faiz azdır.

Antalya, ilin 8 ayı ərzində hava yolu ilə gələn 11 milyon 702 min 733 xarici turisti qəbul edib. Antalya avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 37 min 953 nəfər artımla 2 milyon 711 min 395 turisti qarşılayıb. Bu dövrdə şəhərə ən çox turist göndərən ölkələr sırasında Rusiya birinci, Almaniya ikinci, Böyük Britaniya isə üçüncü yerdə qərarlaşıb. İngiltərənin ardından Polşa, Rumıniya, Qazaxıstan, Ukrayna, Hollandiya, Çexiya və Slovakiya gəlir.

2025 -ci ilin iyulunda Azərbaycandan Türkiyəyə 112 min 881 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 2,22 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,62 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 516 min 367 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,21 faiz azdır. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 1,82 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin iyununda Özbəkistandan Türkiyəyə 72 min 326 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,74 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,25 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Özbəkistandan Türkiyəyə 288 min 11 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,16 faiz çoxdur.