#Fövqəladə hadisə

Norveçin Drammen şəhəri yaxınlığında baş verən güclü yanğın nəticəsində 50-dən çox ev məhv olub. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub və yanğın yaşayış məntəqəsindən meşə sahəsinə keçib. Ərazi qalın qara tüstü ilə örtülüb. Hadisə zamanı ölən, yaralanan və ya itkin düşən şəxslər barədə məlumat yoxdur. Polis yüzlərlə sakini təhlükəsizlik məqsədilə təxliyə edib. Yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün işlərini davam etdirirlər. Yanğının başvermə səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.