#Azərbaycan-Böyük Britaniya münasibətləri

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmənlə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub. Tərəflər parlamentlərarası əlaqələrin iki ölkə münasibətlərində mühüm rol oynadığını vurğulayıblar. Sahibə Qafarova qarşılıqlı səfərlərin və təmasların əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Bob Bləkmən Azərbaycanın inkişafı və Bakı şəhəri ilə bağlı müsbət fikirlərini bölüşüb. Görüşdə dostluq qrupları arasında əməkdaşlıq və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Həmçinin regiondakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə fikir mübadiləsi aparılıb.