Yeniyetmələrin cinayətə cəlb olunması yalnız hüquq-mühafizə orqanlarının müdaxiləsi və cəzalandırma tədbirləri ilə həll edilə biləcək problem deyil. Cinayət törətmiş şəxslərlə bağlı hüquqi tədbirlər vacib olsa da, əsas məqsəd gələcəkdə minlərlə uşağın və gəncin cinayət mühitinə daxil olmasının qarşısını almaq olmalıdır.