Donald Tramp sağlamlığı ilə bağlı açıqlama verib. O bildirib ki, may ayında keçdiyi tibbi müayinənin nəticələri mükəmməl olub. Prezident idrak testindən də bütün sualları düzgün cavablandırdığını deyib. Ağ ev açıqlamanın may ayında keçirilən tibbi müayinəyə aid olduğunu təsdiqləyib. Tramp bu fikirləri onun haqqında yazılmış yeni kitaba cavab olaraq səsləndirib. Kitabda prezidentin yaşı və fiziki vəziyyəti ilə bağlı narahatlıqlardan bəhs olunur. Donald Tramp hazırda ABŞ tarixinin ən yaşlı prezidentidir. ABŞ-də yaşlı siyasi liderlərin sağlamlığı ilə bağlı müzakirələr davam edir.