#Türkiyənin polad ixracının son göstəriciləri açıqlanıb

2026-cı ilin iyun ayında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 22,4 faiz artaraq 1 milyard 750 milyon 276 min dollar təşkil edib. Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 8 milyard 384 milyon 208 min dollara bərabər olub.