#Buşehr nüvə obyekti

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani ABŞ-nin son hücumlarda hərbi obyektlərlə yanaşı mülki infrastrukturu da hədəfə aldığını bildirib. O, Vaşinqtonu BMT Nizamnaməsini və əldə olunan anlaşmaları pozmaqda ittiham edib. İran tərəfi əvvəlki hücumlarla müqayisədə son əməliyyatların daha geniş ərazini əhatə etdiyini açıqlayıb. Bildirilib ki, hava limanları, dəmir yolları və mülki təminat obyektləri də zərbələrə məruz qalıb. İran rəsmiləri bəzi nüvə, liman və nəqliyyat obyektlərinin yaxınlığında hücumların olduğunu qeyd edib. ABŞ tərəfindən isə əməliyyatların məqsədi ilə bağlı fərqli açıqlamalar verilib.