ABŞ administrasiyası Latın Amerikası ölkələrini yenilənmiş Monro Doktrinasını dəstəkləməyə çağırıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi Perunun Kusko şəhərində keçirilən konfransda danışıb. Onun sözlərinə görə, Vaşinqtonun yeni müdafiə siyasəti narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizəyə daha çox diqqət ayırır. ABŞ-nin tərəfdaş ölkələrlə birgə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar keçirməyi planlaşdırdığı bildirilib. Kolbi Monro Doktrinasının məqsədinin Latın Amerikası ölkələrinin təhlükəsizliyini gücləndirmək olduğunu vurğulayıb. O, bu siyasət barədə səslənən tənqidlərin reallığı tam əks etdirmədiyini bildirib. Yeni yanaşmanın bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsi nəzərdə tutulur.