#Yakob Mudenda

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Zimbabve Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafı, parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər təhsil, turizm, mədən sənayesi, kənd təsərrüfatı və dövlət xidmətləri sahəsində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər. Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və COP29-un nəticələri də diqqət mərkəzində olub. Ceyhun Bayramov Zimbabveni BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə təbrik edib. Tərəflər BMT və digər beynəlxalq platformalarda əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə regional vəziyyət və sülh gündəliyi ilə bağlı fikir mübadiləsi də aparılıb.