Qəzzada Fövqəladə Hallar Komitəsi fəaliyyətini dayandırmağa hazır olduğunu açıqlayıb. Rəhbərlik istefa verdiyini və səlahiyyətləri Qəzzanın İdarə Olunması üzrə Milli Komitəyə təhvil verməyə hazır olduğunu bəyan edib. Qərarın Qəzza əhalisinin maraqları nəzərə alınaraq qəbul edildiyi bildirilib. Açıqlamada davam edən müharibə, blokada və bərpa işlərinin gecikməsi əsas səbəblər kimi göstərilib. Komitə səlahiyyətlərin ötürülməsi üçün bütün hazırlıqların tamamlandığını vurğulayıb. Vasitəçilərdən yeni komitənin tezliklə Qəzzaya daxil olmasına dəstək vermələri istənilib. Yeni idarəetmə modelinin humanitar vəziyyətin yaxşılaşmasına töhfə verəcəyi gözlənilir. Bölgədə proseslərin necə inkişaf edəcəyi isə diqqətlə izlənilir.