Yaxın Şərq Qətər limanlarında konteyner dövriyyəsi iyunda 13 faiz artıb Qətərin kommersiya limanlarında iyun ayında konteyner daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb. Ölkə limanlarında ay ərzində 78 002 iyirmi fut ekvivalentli konteyner (TEU) emal olunub ki, bu da may ayı ilə müqayisədə 13 faiz çoxdur.