#Böyük Müsəlla məscidi

İran Prezidenti Məsud Pezeşkian Əli Xameneinin tabutu önündə ehtiramını bildirib. Tehranda keçirilən vida mərasimində ölkənin yüksək vəzifəli dövlət rəsmiləri iştirak ediblər. İran dövlət televiziyası prezidentin tabut önündə dua etdiyi görüntüləri yayımlayıb. Mərasimdə parlamentin sədri Məhəmməd Baqir Qalibaf da iştirak edib. Bundan əvvəl Əli Xameneinin ailə üzvləri və nəvələri onun xatirəsini yad ediblər. Vida mərasimlərinin bir neçə gün davam edəcəyi bildirilir. Əli Xameneinin Məşhəd şəhərində dəfn olunacağı gözlənilir.

Əli Xameneinin dəfn mərasimi yeddi gün davam edəcək. Mərasimlərə milyonlarla insanın qatılması gözlənilir. Vida tədbirləri İran və İraqın müxtəlif şəhərlərində təşkil olunacaq. Şənbə və bazar günləri Tehranda ümumxalq vida mərasimləri keçiriləcək. Əli Xameneinin və ailəsinin bir neçə üzvünün tabutları Böyük Müsəlla məscidində ziyarət üçün qoyulacaq. Dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin mərasimlərdə iştirakı gözlənilir. Dəfn mərasimləri Məşhəd şəhərində başa çatacaq.