ABŞ-nin sabiq diplomatı Coi Hud İranın Körfəz ölkələrinə siyasi mesaj verməyə çalışdığını iddia edib. Onun sözlərinə görə, Tehran anlaşma memorandumunu Hörmüz boğazı üzərində təsir imkanlarının göstəricisi kimi təqdim edir. Hud hesab edir ki, memorandumun mətnində müxtəlif cür şərh oluna bilən ifadələr yer alır. O bildirib ki, İran qarşıdurmanı regional müstəviyə çıxarmağa çalışır. Sabiq diplomat Omanın ərazi sularında hücuma məruz qalan gəminin Qətər neftini daşıdığını xatırladıb. Onun fikrincə, bununla Qətər və Omana da təzyiq göstərilməsi hədəflənib. Hudun səsləndirdiyi fikirlər onun şəxsi siyasi qiymətləndirməsidir.