2026-cı ilin yanvar–may aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 32,8 milyard ABŞ dollarına yüksəlib. Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkənin ixracı 15,5 faiz azalaraq 12,6 milyard dollar təşkil edib. Eyni zamanda, idxal 20,8 faiz artaraq 20,1 milyard dollara çatıb.