ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının sentyabrın 9–10-da Texas ştatının Dallas şəhərində fövqəladə milli qurultay keçirəcəyini elan edib. Bu qərar ABŞ siyasi ənənəsindən kənar addım kimi qiymətləndirilir. Ölkədə partiyaların ümummilli qurultayları adətən yalnız hər dörd ildən bir keçirilən prezident seçkiləri ərəfəsində təşkil olunur. Trampın təşəbbüsü isə noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərdən cəmi iki ay əvvəl reallaşdırılacaq.