#tətriz

Livanda doğulan fələstinli Səmər Kəbuli milli tikmə sənəti vasitəsilə öz köklərinə bağlılığını qoruyur. O, "tətriz" adlanan ənənəvi fələstin tikmələri hazırlayaraq milli irsi yaşatmağa çalışır. Kəbulinin sözlərinə görə, hər bir naxış fələstinlilərin dözümlülüyünü və mübarizəsini əks etdirir. O bildirib ki, Qəzzada yaşanan hadisələrə baxmayaraq, fələstinlilər öz kimliklərini unutmayıblar. Səmər Kəbuli bu sənətlə məşğul olmağa yeniyetmə yaşlarından başlayıb. Onun fikrincə, milli irsin qorunması gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır. "Tətriz" bu gün fələstinlilərin mədəni kimliyinin əsas rəmzlərindən biri hesab olunur.