Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyədə “Anadolu Qartalı - 2026” beynəlxalq taktiki-uçuş təlimində iştirak edir. Təlim Su-25 hücum təyyarələri və texniki heyəti əhatə edir. Pilotlar mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək yüksək peşəkarlıq nümayiş etdiriblər. Təlim iştirakçı ölkələrin HHQ-ləri arasında əməkdaşlığın gücləndirilməsinə, təcrübə mübadiləsinə və birgə əməliyyat imkanlarının genişləndirilməsinə xidmət edir.