#Çölçü İctimai Birliyi

Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib. Tədbirdə birlik üzvləri, ictimai fəallar və müxtəlif sahələrin nümayəndələri iştirak ediblər. Görüşdə təşkilatın gələcək fəaliyyət istiqamətləri və yeni layihələr müzakirə olunub. Çölçü İctimai Birliyinin başqanı Eltən Törəçi təşkilatın məqsədləri barədə məlumat verib. O, birliyin milli və mənəvi dəyərlər ətrafında insanları bir araya gətirdiyini bildirib. Qarşıdakı dövrdə müxtəlif düşərgələr, yürüşlər və inkişaf proqramlarının təşkili planlaşdırılır. Həmçinin milli-mənəvi dəyərlərin və etno-mədəni irsin qorunmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur. İştirakçılar birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı mövqelərini ifadə ediblər.