Mikayıl Cabbarov çıxışında qeyd edib ki, Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib. Nazirin sözlərinə görə, investisiya imkanları aşağıdakı əsas sahələri əhatə edir: qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, həmçinin nəqliyyat və logistika. O, Azərbaycanın əlverişli coğrafi mövqeyinə diqqət çəkərək bu sahənin strateji əhəmiyyət daşıdığını vurğulayıb və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində dövlətin ardıcıl siyasət yürütdüyünü qeyd edib.