#Kəfən bezi

Yuxuda kəfən görmək müxtəlif formalarda yozulmuşdur. Bir insanın yuxuda kəfən görməsi, onun gizli, naməhrəm yerlərini örtməsinə (gizlənməsinə, qorunmasına) işarədir deyilmişdir. Bir kimsənin yuxuda kəfən və ya kəfənlər biçdiyini görməsi xeyirlidir, onun xeyir iş görəcəyinə, savab qazanacağına dəlalət edir. Yuxuda kəfən axtarıb tapa bilmədiyini görmək isə yaxşı hesab olunmur, xeyirlə yozulmur demişdilər.