#FII Priority Europe Forumu

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində 17–19 iyun tarixlərində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib. Gələcək İnvestisiya Təşəbbüsü (FII) İnstitutu tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi tədbir "Yeniləşən Avropa: Kapital, suverenlik və strateji muxtariyyət" mövzusu üzrə keçirilib.