#Türkiyənin mebel məhsulları ixracı

2026-cı ilin iyun ayında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq 694 milyon 415 min dollara çatıb. Nazirliyin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin mebel məhsulları ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 3 milyard 746 milyon 46 min dollar təşkil edib.

2026-cı ilin may ayında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 592 milyon 576 min dollara bərabər olub. 2026-cı ilin yanvar-may aylarında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq, 3 milyard 53 milyon 387 min dollara bərabər olub.