#39

Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən indiyədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib. Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən 8 il ötür. TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təmin edir.