Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb. Layihə çərçivəsində 20 gənc ailə xüsusi təlim proqramına cəlb olunaraq arıçılıq sahəsində nəzəri və praktik biliklər əldə edib, onlara arı ailələri, pətəklər, arıçı geyimləri və digər avadanlıqlar təqdim olunub. Proqramın əsas məqsədi arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, ekosahibkarlığın təşviqi, keyfiyyətli təbii bal istehsalının artırılması və gənc ailələrin sosial rifahının yüksəldilməsidir.