Türkiyə Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL) Türkiyədə qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 2026-cı ilin 28 may tarixinədək ümumilikdə 55 min 970 qeyri-qanuni miqrant saxlanılıb. Təkrarlanan hallar çıxıldıqdan sonra isə bu göstərici 51 min 807 nəfər təşkil edib.