#Hörmüz boğazında dəniz təhlükəsizliyi problemi

ABŞ Xəzinədarlıq naziri Skott Bessent bildirib ki, Hörmüz boğazı tam açılmadan və İran yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razılaşmadan Vaşinqton sanksiyaların yumşaldılmasını müzakirə etməyəcək. Ekspertlər hesab edirlər ki, ABŞ bu mövqe ilə həm enerji təhlükəsizliyi, həm də İranın nüvə proqramı məsələsində təzyiq imkanlarını qorumağa çalışır.