#İsrail hərbi əməliyyatları

İsrail hakimiyyəti HƏMAS hərəkatının Qəzza zolağındakı silahlı qanadının yeni rəhbəri Məhəmməd Odenin İsrail ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyünü bəyan edib. İsrail Müdafiə naziri Israel Kats sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “HƏMAS terror təşkilatının silahlı qanadının rəhbəri məhv edilib”. HƏMAS tərəfindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İsrail Livanın müxtəlif bölgələrinə yeni hava və pilotsuz aparat hücumları həyata keçirib. Hücumlar nəticəsində azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Zərbələr yaşayış məntəqələri, yollar və hərbi obyektlərə yaxın əraziləri əhatə edib. Son hadisələr bölgədə gərginliyin daha da yüksəlməsi riskini artırır.