Müharibə səbəbindən Qəzzalı zəvvarlar Həcc ziyarətinə gedə bilmir, Qurban bayramında isə heyvan kəsimi üçün məhdudiyyətlər qüvvədədir. 2023-cü ildə müharibə başlamazdan əvvəl Qəzzadan hər il ən azı 3 000 zəvvar Həcc ibadətini yerinə yetirirdi. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan “atəşkəs” çərçivəsində İsrail fevral ayında Qəzzanın xarici dünyaya əsas çıxış qapısı olan Rəfah keçidini qismən açsa da, yalnız həftəlik bir neçə yüz nəfərin – əsasən xəstələrin və az sayda müşayiətçilərin keçməsinə icazə verilib.