#Hərbi hazırlıq

İran ordusunun sözçüsü briqada generalı Əmir Əkrəminiya ölkəsinin silahlı qüvvələrinin bütün təhdidlərə qarşı tam hazırlıqlı olduğunu bildirib. Onun sözlərinə görə, ordu zədələnmiş sistemləri yeniləyir, yeni texnika qəbul edir və yerli imkanlara əsaslanaraq əməliyyat hazırlığını gücləndirir. Əkrəminiya əlavə edib ki, hərbi hissələrdə döyüş texnikası gündəlik ehtiyaclara uyğun yenidən təşkil olunur.

SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi İranın şimal-qərbində yerləşən qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Həmzə Seyyid əş-Şühəda qərargahının qüvvələri regiondankənar düşmənlər və terror qruplarının mümkün addımlarına qarşı hazırdır. Komandan kəşfiyyat imkanları, müasir texnologiyalar və əməliyyat hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb. O, istənilən təhdidə qəti cavab veriləcəyini bəyan edib. Açıqlama Məhəmməd Kərəminin X sosial şəbəkəsindəki paylaşımında yer alıb. İran rəsmisi ölkənin müdafiə hazırlığının davam etdiyini bildirib.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir hərbi qüvvələrin İran və Livan istiqamətində yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb. O bildirib ki, yüzlərlə hava qüvvələri vasitəsi və on minlərlə hərbçi mümkün əməliyyatlara hazır saxlanılır. Zamir İsrailin bölgədəki hadisələri izlədiyini və ölkəyə qarşı hər hansı təhdidə cavab verəcəyini vurğulayıb.

İsrail ordusu İranda baş verən hadisələr fonunda yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Hərbi mənbənin sözlərinə görə, ölkə Körfəz bölgəsindəki vəziyyəti diqqətlə izləyir və mümkün bütün ssenarilərə hazırdır. Mənbə İranın ABŞ-ın tələblərini qəbul edə bilməyəcəyini iddia edib. O bildirib ki, İsrail ordusu həm hücum, həm də müdafiə əməliyyatlarını həyata keçirmək üçün tam hazırlıqlıdır. Eyni zamanda qeyd olunub ki, İranla bağlı danışıqları hazırda ABŞ aparır. Mənbə ötən gecə İrana qarşı hərbi əməliyyatların da ABŞ tərəfindən həyata keçirildiyini xatırladıb. Regionda gərginlik fonunda İsrail ordusu hazırlıq səviyyəsini yüksək saxlayır.

İsrail baş naziri Benyamin Netanyahu Orta Şərqdə davam edən böhranla bağlı açıqlama verərək, İsrail və ABŞ qoşunlarının lazım gəldikdə İrana qarşı hərbi əməliyyat üçün hazır vəziyyətdə olduğunu açıqlayıb. O vurğulayıb ki, eskalasiya qərarı ABŞ prezidenti Donald Trampın səlahiyyətindədir və bu məsələ Vaşinqtonla razılaşdırılıb. Netanyahu İranın vəziyyətini “zəif” adlandıraraq, münaqişənin hələ bitmədiyini bildirib və tərəflərin mövcud hərbi hazırlıqlarını davam etdirdiyini qeyd edib. Bu açıqlamalar regionda gərginliyin davam etdiyini və tərəflər arasında diplomatik danışıqların eyni zamanda hərbi planların da hazırlandığını göstərir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkə ABŞ tərəfindən yeni müharibəyə sürüklənməyə çalışılır, lakin İran silahlı qüvvələri atəşkəs dövründə güclərini bərpa edib. Qalibaf qeyd edib ki, iranlılar əmin olmalıdırlar ki, ölkənin silahlı qüvvələri atəşkəs dövründən istifadə edərək güclərini yenidən bərpa ediblər.