Azərbaycan və Fələstin arasında post-münaqişə dövründə bərpa sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı şəhərsalma, dayanıqlı mənzil siyasəti və “Böyük Qayıdış” Proqramı çərçivəsində əldə edilən təcrübə qarşı tərəflə paylaşılıb. Tərəflər bərpa işlərinin planlaşdırılması, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu görüş Azərbaycan təcrübəsinin Fələstin üçün praktik nümunə ola biləcəyini və post-münaqişə dövründə layihələrin effektiv idarə edilməsinə töhfə verəcəyini göstərir.